Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Kaspi” qəzetində Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Azərbaycanın təhsil tarixində izi qalmış xanım” adlı məqaləsi dərc olunmuşdur.

 16 may 2018-ci il tarixli 086 (3461) №-li “Kaspi” qəzetində Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq  Səfərovun “Azərbaycanın təhsil tarixində izi qalmış xanım” adlı məqaləsi dərc olunmuşdur. Azəraycan Respublikasının Dövlət Arxivi və Dövlət Tarix  Arxivinin müvafiq fondlarında saxlanılan arxiv sənədlərindən, eləcə də Milli Arxiv İdarəsinin elmi-məlumat kitabxanasında saxlanılan tarixi mənbələrdən istifadə etməklə hazırlanmış həmin məqalədə Cümhuriyyət dövründə Azərbaycan Respublikasında təhsil və məktəb-tədris işlərinin dövrün tələblərinə uyğun olaraq təşkil edilməsində, məktəb islahatlanrının aparılmasında, qadınların təhsilə cəlb edilməsi işində yaxından iştirak etmiş maarifpərvər qadınlardan biri – riyaziyyat və fizika müəlliməsi, ev mürəbbiyəsi, Azərbaycan Xalq Maarif Nazirliyinin orta məktəblər şöbəsinin müdiri Aynülhəyat Yusifbəyovanın fəaliyyəti  haqqında bəhs edilir. Məqalə  ilə daha yaxından BURADAN tanış ola bilərsiniz.


DİGƏR XƏBƏRLƏR



Bugün: 133
Dünən: 241
Bu həftə: 133
Son həftə: 1890
Bu Ay: 7508
Son Ay: 13600
Bu İl: 49257
Ümumi: 51019
51019