02 Mart 2026 09:35 XƏBƏRLƏR Baxış sayı : 78
Tədbirdə Milli Arxiv İdarəsinin rəhbərliyi, İdarənin struktur bölmə rəhbərləri, dövlət arxiv xidməti təşkilatlarının direktorları və əməkdaşları iştirak edib.
Çıxış edən İdarə rəisinin müavini Həsən Həsənov mülki müdafiə sahəsində maarifləndirmə işinin əhəmiyyətini qeyd edərək bildirdi ki, fövqəladə halların qarşısının alınması, əhalinin və işçi heyətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də yarana biləcək risklərə qarşı operativ və düzgün davranış qaydalarının mənimsənilməsi hər bir müəssisə üçün prioritet istiqamətlərdəndir. Dövlət arxiv xidməti təşkilatlarının fövqəladə vəziyyətlər zamanı xüsusi məsuliyyət daşıdığı vurğulanaraq, bu baxımdan hazırlıq səviyyəsinin yüksək olmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə olunması” mövzusunda maarifləndirici müzakirələr aparılıb. İştirakçılara ətraf mühitin mühafizəsi, istehsalat və məişət tullantılarının düzgün idarə edilməsi, fövqəladə ekoloji hadisələrin qarşısının alınması istiqamətində görülməli tədbirlər barədə ətraflı məlumat verilib.
| Bugün: | 2460 |
| Dünən: | 2027 |
| Bu həftə: | 5969 |
| Son həftə: | 9782 |
| Bu Ay: | 7656 |
| Son Ay: | 46140 |
| Bu İl: | 104303 |
| Ümumi: | 1798228 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az