Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

2023-cü ildə Milli Arxiv İdarəsinə və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarına daxil olmuş müraciətlərə baxılması haqqında məlumat

2023-cü ildə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və onun tabeliyində olan arxivlərə cəmi 47.611 müraciət daxil olmuş, onlardan 35.608-i (74 %) müsbət cavablandırılmışdır. İdarənin mərkəzi aparatında və tabeliyində olan dövlət arxivlərində il ərzində 13.976 vətəndaş bilavasitə qəbul edilmişdir. Daxil olan müraciətlərin 17 %-i əməkhaqqının və iş stajının təsdiq edilməsi,  60 %-i daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq edilməsi, 9%-i müvafiq icra və məhkəmə hakimiyyəti orqanlarının, həmçinin dövlət komissiyalarının qərarlarına dair, 10 %-i vətəndaşlıq vəziyyəti aktlarına dair, 1.4 % elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsinə dair, qalanları isə digər mövzularda olan müraciətlərdir.

 “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli, 479 nömrəli Fərmanının 5-ci bəndinin tələblərinə əsasən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların və arxiv sənədlərinin təsdiq edilmiş surətlərinin verilməsi yalnız “ASAN Xİdmət” Mərkəzləri vasitəsilə (mərkəzin fəaliyyət göstərdiyi regionlarda) həyata keçirilir.  2023-cü il ərzində “ASAN Xidmət” Mərkəzlərinin “Arxiv arayışlarının verilməsi” bölməsi tərəfindən 20.345 müraciət daxil olmuşdur.  Bu da hesabat dövründə dövlət arxiv xidməti təşkilatlarına daxil olan ümumi müraciətlərin 43%-ni təşkil edir.

Hesabat ilində dövlət arxiv fondu sənədlərinin istifadəsi üzrə 19 şikayət xarakterli müraciət daxil olmuşdur. Vətəndaşlar tərəfindən daxil olan şikayət xarakterli müraciətlərə xüsusi həssaslıqla yanaşılmış, onların operativ araşdırılması və cavablandırılması həyata keçirilmişdir. Şikayətlərin səbəbləri sırasında sorğu müəllifi tərəfindən arxiv axtarış məlumatlarının düzgün və tam təqdim edilməməsi, sənədlərin arxivdə mühafizə olunmaması və ya daimi mühafizəyə təqdim edilməməsi, bəzi hallarda arxivçilər tərəfindən istifadə qaydalarının tələblərinə tam əməl edilməməsi halları müəyyən edilmişdir.

Əlavə olaraq qeyd edilməlidir ki, vətəndaşların bilavasitə müraciətləri, telefon, sosial şəbəkələrdə fəaliyyət göstərən rəsmi hesablar üzərindən daxil olan sorğular anında cavablandırılmış, müvafiq izahat verilmiş və ya aidiyyəti üzrə yönləndirilmişdir.

 


Bugün: 357
Dünən: 839
Bu həftə: 5316
Son həftə: 6279
Bu Ay: 3621
Son Ay: 23672
Bu İl: 92594
Ümumi: 1113015
1113015