Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

27 sentyabr - Anım Günü ilə bağlı Milli Arxiv İdarəsində tədbir keçirilib

Milli Arxiv İdarəsinin struktur bölmə rəhbərlərinin, o cümlədən İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarının rəhbər və məsul şəxslərinin iştirakı ilə 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirildi.

İlk öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İdarənin rəisi Əsgər Rəsulov tədbiri açıq elan edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvəllərin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində keçdiyi şərəfli yol və Zəfər haqqında tarixi faktları iştirakçıların diqqətinə çatdırdı.

İdarənin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsi tərəfindən hazırlanan və 44 günlük vətən müharibəsinə, Şəhid olmuş vətən oğullarına həsr edilmiş “Zəfər Salnaməsi” adlı videoxronika nümayiş etdirildi.

Daha sonra çıxış edən Dövlət Arxivi Bakı filialının direktoru Ağakişi Allahverdiyev birinci Qarabağ müharibəsində keçdiyi döyüş yolu haqqında xatirələrini, müasir ordumuzun hərbi gücü və döyüş yolu haqqında fikirlərini bölüşdü. Dövlət Tarix Arxivinin şöbə müdiri Yeganə Cabbarlı çıxış edərək sakini olduğu Laçın şəhərindən erməni işğalı nəticəsində məcburi köçkün düşdüyü illəri xatırlayaraq, köçkün həyatı yaşadığını və şanlı ordumuzun sayəsində doğma torpağının işğaldan azad olunduğunu, səbirsizliklə ata yurduna qayıdacağı günü gözlədiyini vurğuladı.

Çıxışlarda haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı qeyd olundu.

 


Bugün: 1263
Dünən: 1558
Bu həftə: 7603
Son həftə: 13718
Bu Ay: 22804
Son Ay: 50507
Bu İl: 73311
Ümumi: 1767236
1767236