Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

27 Sentyabr - Anım Günüdür

Haqq və Şərəf işimiz olan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Vətən Müharibəsində həmvətənlərimizin bir çoxu Şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman Şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir.

Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitləri Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmişdirlər.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizə Allahdan rəhmət diləyir, Qazilərimizə can sağlığı arzulayır.

Qarabağ Azərbaycandır!

 


DİGƏR XƏBƏRLƏR



Bugün: 606
Dünən: 1211
Bu həftə: 2987
Son həftə: 7197
Bu Ay: 29600
Son Ay: 26944
Bu İl: 103765
Ümumi: 1416349
1416349