05 Noyabr 2025 10:57 XƏBƏRLƏR Baxış sayı : 82
Növbəti görüş Dövlət Arxivi Şəki filialının əməkdaşları tərəfindən həyata keçirilib. Filialın əməkdaşları Vətən müharibəsi Şəhidi Toğrul Nağıyevin anası Əntiqə Nağıyeva ilə görüşüb, Şəhidin məzarını ziyarət ediblər.
Toğrul Həsənbala oğlu Nağıyev 2000-ci il iyunun 8-də Şəki şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.Toğrul Nağıyev oktyabrın 13-də Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından Şəhid olub. O, Şəki şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Toğrul Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

.jpeg)
| Bugün: | 422 |
| Dünən: | 1204 |
| Bu həftə: | 7076 |
| Son həftə: | 7393 |
| Bu Ay: | 9075 |
| Son Ay: | 39446 |
| Bu İl: | 307121 |
| Ümumi: | 1619705 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az