Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

8 Noyabr – Zəfər Günü münasibətilə Dövlət Arxivinin Gəncə filialında Şəhidlərimizin şəxsi mənşəli sənədlərindən ibarət sənəd sərgisi və tədbir keçirilib

Dövlət Arxivi Gəncə filialının kollektivi ilk olaraq Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra filialda 44 günlük Vətən Müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşən və qəhrəmancasına həlak olan Gəncə Şəhidlərinin şəxsi mənşəli arxiv sənədlərindən ibarət sənəd sərgisi və Gəncə Şəhər Uşaq evinin iştirakı ilə tədbir keçirilib.

Şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayan tədbiri  fililalın aparıcı arxivçisi İlqar Mursaqulov açıq elan edərək 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətindən, yenilməz əzmindən, mərd oğullarımızın qəhrəmanlığından, xalqımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsindən və ordumuzun parlaq qələbəsindən danışdı.

Gəncə Şəhər Uşaq evinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyünə, şəhid və qazilərimizin şücətinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı adəbi-bədii kompozisiya ilə çıxış ediblər.

 


Bugün: 864
Dünən: 1032
Bu həftə: 7049
Son həftə: 7846
Bu Ay: 26465
Son Ay: 26944
Bu İl: 100630
Ümumi: 1413214
1413214