Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

9 iyun Beynəlxalq Arxivlər Günüdür

                                            9 iyun Beynəlxalq Arxivlər Günüdür

            2024-cü il 3-9 iyun tarixləri Beynəlxalq Arxivlər Şurasının (BAŞ) üzvü olan dövlətlərin arxiv təşkilatları tərəfindən «KİBERARXİVLƏR HƏFTƏSİ» kimi qeyd edilir. BAŞ (İCA) üzvü olan ölkələrin peşəkar arxivçiləri tərəfindən seçilən bu mövzu arxivlərin və sənədlərin idarə edilməsi sahəsində çalışan mütəxəssisləri dünyada gedən texnoloji inkişafın arxiv işinə necə təsir etdiyini müzakirə etməyə dəvət edir.  İnsanların həyat keyfiyyətini yüksəldən gələcəyin təmin olunmasında  arxivlərin çoxşaxəli rolunu təşviq etməyə, inkişaf edən rəqəmsal dünyada yeni texnologiyaların imkanlarından istifadə etməklə arxivlərin cəmiyyətin inkişafına xidmət edən qərarların qəbul edilməsində, şəfaffaflığın gücləndirilməsində, vətəndaşların hüquqlarının və mədəni irsin qorunmasında daha fəal iştirak etməyə çağırır.    

          Azərbaycan Respublikasının dövlət arxiv xidməti təşkilatlarını «KİBERARXİVLƏR HƏFTƏSİ» çərcivəsində mövzu üzrə keçirilən  işgüzar müzakirələrdə iştirak etməyə, fəaliyyətlərində rəqəmsal dünyanın texnoloji imkanlarından faydalanmağa dəvət edirik. 

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivlərində, habelə digər idarə, müəssisə və təşkilatlarda çalışan arxivçiləri Beynəlxalq Arxivlər Günü münasibətilə təbrik edir, məsuliyyətli və şərəfli peşələrində onlara uğurlar arzulayır.

 


Bugün: 1098
Dünən: 1678
Bu həftə: 2776
Son həftə: 14312
Bu Ay: 40593
Son Ay: 55392
Bu İl: 192632
Ümumi: 1886557
1886557