25 Noyabr 2025 02:08 XƏBƏRLƏR Baxış sayı : 199
25 noyabr 2025-ci il tarixində Albaniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadian və konsul Dorian Koçi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov ilə görüşüb.
Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Albaniya Milli Arxivinin əməkdaşlıq perspektivləri, birgə layihələrin icrası, təcrübə mübadiləsi məsələləri müzakirə olundu. Besart Kadian Azərbaycan Respublikasının dövlət arxiv xidməti təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulmasının, təcrübə mübadiləsinin həyata keçirilməsinin hər iki ölkənin arxivlərinin gələcək fəaliyyətinə müsbət təsir edəcəyinə əminliyini bildirdi.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov ölkələrimiz arasında mövcud əlaqələrin arxiv işi sahəsində də genişləndirilməsinin vacibliyini vurğuladı. Gələcək perspektivdə ölkələrimiz arasında arxiv işi sahəsində Anlaşma Memorandumunun imzalanmasının mümkünlüyü və bu sənədin əlaqələrin inkişafına müsbət təsir edəcəyi qeyd edildi.
| Bugün: | 1386 |
| Dünən: | 1290 |
| Bu həftə: | 5720 |
| Son həftə: | 9028 |
| Bu Ay: | 14748 |
| Son Ay: | 34711 |
| Bu İl: | 347505 |
| Ümumi: | 1660089 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az