Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Atlantlar da ölümlüymüş

Doqquz il əvvəl Ataxan müəllim haqqında yazdığım məqalənin başlığını “Azərbaycan arxivşünaslığının atlantı” qoymuş və demişdim ki, atlantlar titanik gücə sahib bahadırlar olsa da, insanlar onlardan daha güclüdürlər. Çünki çiyinlərində ağır yük saxlayan atlant bir yerdə dayanır, hərəkət etmir, statikdir. İnsan isə çiyinlərindəki bu qədər ağır yüklə dinamik olmağa, yeriməyə, işləməyə və yaşamağa məhkumdur.Çox təəssüf ki, atlantlardan güclü olan bəşər övladı ölümlüdür. Bugün artıq Ataxan müəllim də, onun vəfalı ömür-gün yoldaşı Aida xanım da haqq dünyasındadırlar... Allah rəhmət eləsin.

Ataxan Əvəz oğlu Paşayev dövlət arxiv sistemində 56 il (1962-2018) işləmiş, 34 il (1984-2018) Azərbaycan Respublikası dövlət arxiv xidmətinin rəhbəri olmuşdur. Bu, son dərəcə ağır bir yük idi və bu zəngin xəzinənin ağırlığı və məsuliyyəti altında duruş gətirə bilmək atlant misalı titanik qüvvə, dərin bilik və bacarıq, ən əsası, milli ruh və təəssübkeşlik, vətəndaş qeyrəti tələb edirdi. İşlədiyi müddət ərzində Ataxan müəllim özünütəbliğ və psevdovətənpərvərlikdən uzaq təvazökar həyat tərzi və prinsipial iş üslubu ilə xalqımızın arxiv mirasına sadiq gözətçilik və səriştəli rəhbərlik etdi. Milli arxiv fondunun formalaşdırılması və fəaliyyətinin tənzimlənməsi, dövlət uçotu və arxiv sənədlərinin etibarlı mühafizəsi, elmi-məlumat aparatının yaradılması və onlardan hərtərəfli istifadənin təşkili sahəsindəki işlər bilavasitə onun səriştəli və tələbkar rəhbərliyi altında həyata keçirildi.

       Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəhbərliyi və kollektivi Ataxan müəllimin və onun həyat yoldaşı Aida xanımın vəfatı münasibətilə Respublikamızın dövlət arxiv xidməti təşkilatlarının bütün əməkdaşlarına başsağlığı diləyir. Allah rəhmət eləsin! 

 

Azərbaycan Respublikası

Milli Arxiv İdarəsinin rəisi

Əsgər Rəsulov

 

 

 

 

 

 


Bugün: 963
Dünən: 835
Bu həftə: 4240
Son həftə: 4759
Bu Ay: 14071
Son Ay: 20754
Bu İl: 79372
Ümumi: 1099793
1099793