Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

AZƏRBAYCAN ARXİVİ - 103 İL

 

Bugün Qafqazın ilk dövlət arxivi olan Azərbaycan arxivinin yaradılmasından 103 il ötür. 

Qədim dövlətçilik tarixinə və mədəniyyətə malik Azərbaycan strateji bir region kimi siyasi, iqtisadi, mədəni və digər sahələrdə daima maraq nöqtələrinin kəsişməsində olmuş və çoxsaylı tarixi hadisələrə şahidlik etmişdir. Tarixi keçmişin və onun hadisələrinin ən dərin izlərini və əsl həqiqətləri isə heç şübhəsiz arxivlər daşıyır. Bu mənada arxivləri tarixin yaşadığı ev adlandırsaq, heç də səhv etmiş olmarıq.

Azərbaycanda dövlət idarəçiliyinin əsas atributlarından olan və hər bir xalqın mənəvi sərvətini təşkil edən arxiv 6 dekabr 1920-ci ildə yaradılmışdır. Azərbaycan Arxivinin əsası həmin vaxtdan, “vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında” dekretlə qoyulmuşdur. 

Qürurla qeyd etmək lazımdır ki, 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi olmuşdur.

Vaxtilə Ulu Öndər Heydər Əliyev arxivçilərin məsuliyyətli əməyinə böyük qiymət vermişdir: ”Biz arxivləri toplayan və mühafizə edən, tarix elminin təməlini qoyan, onu qurub yaradan, Azərbaycan xalqının səadəti uğrunda aparılan mübarizəsinin misilsiz sənədlərini sətir-sətir toplayan fədakar alimlərə, sadə təvazökar arxivçilərə böyük ehtiramımızı və səmimi minnətdarlığımızı ifadə edirik”. 

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbrliyi, Şanlı Ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan ərazilərin bərpası uğrunda bugün Azərbaycan arxivçiləri səylə, yorulmadan çalışır, bu şərəfli işə arxiv sənədləri əsasında böyük töhfə verirlər.

Azərbaycan arxivinin 103 ili münasibətilə hər bir arxivçi həmkarımızı təbrik edir, məsuliyyətli və şərəfli peşələrində uğurlar arzulayırıq.  


Bugün: 102
Dünən: 937
Bu həftə: 5637
Son həftə: 5867
Bu Ay: 21335
Son Ay: 20754
Bu İl: 86636
Ümumi: 1107057
1107057