Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə ekskursiyası təşkil edilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 2024-cü il üzrə iş planına uyğun olaraq Arxivin və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə adıçəkilən institutun tələbələrinin arxivə ekskursiyası təşkil edilib.  

03 aprel 2024-cü ildə keçirilən ekskursiyada arxivin direktoru Könül Nəsibova tələbələr qarşısında çıxış edərək arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə məlumat verib. 

Arxivin direktor müavini Şəlalə Baxşəliyeva arxivdə daimi mühafizə edilən milli ədəbiyyat və incəsənət xadimləri, görkəmli mədəniyyət nümayəndələri, o cümlədən – Əziz Şərif, Ələsgər Ələkbərov, Əliağa Vahid, Fatma Muxtarova, Darablı Rza Nəcəfəli oğlu və digərlərinə aid fondlarlarla tələbələri yaxından tanış etməklə həmin sənədlərin çoxsaylı istifadə formaları barədə qısa məlumat verib. 

Görkəmli ədəbiyyatşünas alim Əziz Şərifə aid 255 saylı fondda mühafizə edilən qədim daşbasma üsusu ilə çap edilmiş kitablar, o cümlədən digər fondlar üzrə ərəb əlifbası ilə yazılmış, həmçinin, dini məzmun ehtiva edən sənədlər tələbələrdə xüsusi maraq doğurub. Arxivçilər tərəfindən tələbələrə bu sənədlərin mənşəyi və məzmunu barədə qısa məlumat verilib.

Daha sonra tələbələr arxivin mühafizəxanaları və elmi-məlumata aparatı ilə yaxından tanış olublar.


Bugün: 458
Dünən: 938
Bu həftə: 4524
Son həftə: 5906
Bu Ay: 21702
Son Ay: 23925
Bu İl: 159716
Ümumi: 1180137
1180137