Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Milli İncəsənət Muzeyində “İdarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkili” mövzusunda tədbir keçirilib

       9 iyun Beynəlxalq Arxivlər Günü çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin baş məsləhətçisi Afaq Cəfərova, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova, Dövlət Arxivinin, Dövlət Elm və Texnika Sənədləri Arxivinin şöbə müdirləri və əməkdaşları, o cümlədən  Azərbaycan Milli İncəsənət Muzeyinin muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini – Baş fond mühafizəçisi Vəfa Aslanova, Sənədlərlə iş şöbəsinin mütəxəssisi Gülnar Fərhadova iştirak ediblər.

         Tədbirdə mövzu üzrə çıxış edən Cəmilə Abasova, Afaq Cəfərova və Könül Nəsibova arxiv quruculuğunun inkişaf yolu, idarələrdə arxiv işinin təşkili, şəxsi mənşəli arxiv fondları barədə, eləcə də arxiv sənədlərinin tarixi şüurun, milli dəyərlərin formalaşmasında əvəzsiz mənbə, tarixi tədqiqatların aparılması üçün etibarlı informasiya bazası kimi rolu və əhəmiyyəti diqqətə çatdırılıb. Vəfa Aslanova, Gülnar Fərhadova məruzə ətrafında çıxış ediblər. Mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılıb.     

         Sonda tədbir iştirakçıları muzeyin “1920-1980-cı illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyası ilə tanış olublar.


Bugün: 813
Dünən: 858
Bu həftə: 4089
Son həftə: 5729
Bu Ay: 4791
Son Ay: 25108
Bu İl: 270940
Ümumi: 1291361
1291361