Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentlik dövrünün 20 illiyinə həsr olunmuş növbəti tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində, o cümlədən İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentlik dövrünün 20 illiyinə həsr olunmuş tədbirlər keçirilir. Növbəti tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində arxivin əməkdaşlarının və rayon dövlət arxivlərinin müdirlərinin iştirakı ilə keçirilmişdir.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov bildirmişdir ki, 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respblikasının Prezidenti seçildi və xalqımız bununla Heydər Əliyevin siyasi kursuna səs verdi. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı. Onun yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.

Vurğulanmışdır ki, əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Son 20 ilin uğurları, tarixə yazdığı möhtəşəm qələbələri deməyə əsas verir ki, dövlətimizin başçısı qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında “Güclü dövlət" konsepsiyasını reallaşdırmağa nail olmuşdur. Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan alternativsiz Liderdir.

Daha sonra məruzə ətrafında çıxışlar olmuşdur.

 


Bugün: 822
Dünən: 753
Bu həftə: 4942
Son həftə: 6279
Bu Ay: 3247
Son Ay: 23672
Bu İl: 92220
Ümumi: 1112641
1112641