Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində dövlət orqanlarının nümayəndələri üçün təlim keçirilib

“Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində “Səriştələrə əsaslanan vasitələrin hazırlanması və ötürülməsi  üzrə potensialın artırılması” mövzusunda beynəlxalq ekspertlər Eduard Zakharchenko, Rachel Frost və Vesselin Kantchev tərəfindən dövlər orqanı nümayəndələri üçün təlim keçirilib.

        Təlimdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini İdarə aparatının İnsan resursları və hüquqi təminat sektorunun müdiri Təranə Aslanova təmsil etmişdir.

       Təlimin birinci hissəsində iştirakçılarla təlimin məzmunu və məqsədləri barədə müzakirələr aparılıb, qurumun strateji planlarından qaynaqlanan ORCE metodu (müşahidə et, qeyd et, təsnif et, qiymətləndir) və qiymətləndirmə metodları ilə bağlı ən son vəziyyət dəyərləndirilib, iştirakçılarla namizəd seçimində müxtəlifliyin əhəmiyyətini anlamaq və qiymətləndirmək üçün qeyri-ixtiyari qərəzliliyin əsasları haqda fikir mübadiləsi aparılıb.

        Həmçinin test sisteminin əhəmiyyətini, onun məzmununu və yanaşmalarını vurğulamaq üçün Situasiya Mühakimə Testləri (STJ) və səriştə ölçülməsində istifadə olunan qiymətləndirmə alətlərinin uyğunluğu müzakirə edilib. Təlimin ikinci hissəsində Obyektiv/subyektiv seçimlər və qurumun planlaması arasındakı əlaqə ilə bağlı məsələlərin dərinləşdirilməsi mövzusunda təqdimatlar göstərilib.

        Təlimin sonunda iştirakçılara ekspert Eduard Zakharchenko tərəfindən sertifikatlar təqdim edib.


Bugün: 730
Dünən: 937
Bu həftə: 6265
Son həftə: 5867
Bu Ay: 21963
Son Ay: 20754
Bu İl: 87264
Ümumi: 1107685
1107685