Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

AZƏRTAC: "Bu arxivdə ən nadir səs yazıları saxlanılır"

AZƏRTAC Dövlət Səs Yazıları Arxivinin fəaliyyəti haqqında geniş reportajı və arxivin direktoru Xalidə Fərəullayeva ilə müsahibəni dərc edib. 

Tarixi keçmişi, onun ən dərin izlərini və həqiqətləri şübhəsiz arxivlər daşıyır. Buna görə də arxivləri “tarixin yaşadığı bir məkan” da adlandırırlar. Ölkəmizdə dövlət idarəçiliyinin əsas atributlarından olan və xalqımızın mənəvi sərvətini təşkil edən arxiv 1920-ci il dekabrın 6-da Azərbaycan Xalq Komissarları sovetinin sədri Nəriman Nərimanovun dekreti əsasında yaranıb. 1968-ci ildən isə Dövlət Səs Yazıları Arxivi fəaliyyətə başlayıb. Səs Yazıları Arxivini əbəs yerə “tariximizin səs yaddaşı” adlandırmırlar. Ölkəmizdə fəaliyyət göstərən altı dövlət arxivindən biri olan həmin arxivdə xalqımızın tarixi, mədəniyyət və incəsənətinin çox dəyərli nümunələri qorunur. Hazırda arxivdə 50 min saxlama vahidindən artıq fonovideo sənəd mühafizə edilir və onlardan 9 mini görüntü sənədlərinə aiddir.

Dövlət Səs Yazıları Arxivinin direktoru Xalidə Fərəcullayeva arxivdə saxlanılan musiqi əsərləri və mədəniyyət yazıları barədə AZƏRTAC-a müsahibəsində deyib: “Arxivlər tarixi sənədlərin, stenoqramların, daş kitabələrin, qayaüstü təsvirlərin, əlyazmaların, kitabların, mətbuat orqanlarının, müəyyən əşyaların, kolleksiyaların və sairənin qorunmasına, mühafizə edilərək gələcək nəslə çatdırılmasına xidmət edib. Səs Yazıları Arxivinin qarşısına Vətənimizin ictimai-siyasi, tarixi elm və mədəniyyətini özündə əks etdirən audio-video sənədləri, habelə dövlət, siyasi və ictimai xadimlərin çıxışlarının müxtəlif səs və video daşıyıcılarında olan yazıları, müharibə və əmək veteranlarının, elm və incəsənət xadimlərinin, ölkəmizə gələn yüksəkvəzifəli xarici qonaqların səs və video yazılarını toplayıb onların dövlət mühafizəsini təmin etmək kimi vacib vəzifə qoyulub.

Daha ətraflı BURADAN tanış ola bilərsiniz.


Bugün: 810
Dünən: 874
Bu həftə: 6548
Son həftə: 7006
Bu Ay: 810
Son Ay: 30801
Bu İl: 136005
Ümumi: 1448589
1448589