Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

AZƏRBAYCAN ARXİVİ - 102 İL

Bugün Qafqazın ilk dövlət arxivi olan Azərbaycan arxivinin yaradılmasından 102 il ötür. Azərbaycan Arxivinin əsası məhz bugün 6 dekabr 1920-ci ildə “vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında” dekretlə qoyulmuşdur.

Qədim dövlətçilik tarixinə və mədəniyyətə malik Azərbaycan strateji bir region kimi siyasi, iqtisadi, mədəni və digər sahələrdə daima maraq nöqtələrinin kəsişməsində olmuş və çoxsaylı tarixi hadisələrə şahidlik etmişdir. Tarixi keçmişin və onun hadisələrinin ən dərin izlərini və əsl həqiqətləri isə heç şübhəsiz arxivlər daşıyır. Bu mənada arxivləri tarixin yaşadığı ev adlandırsaq, heç də səhv etmiş olmarıq.

Dünyanın bütün arxivləri kimi, Azərbaycan arxivləri də ölkəmizin tarixini əks etdirən sənədlərin qorunması, saxlanılması və istifadəsi istiqamətlərində bu gün də fəaliyyətini uğurla davam etdirir.

Azərbaycanda dövlət idarəçiliyinin əsas atributlarından olan və hər bir xalqın mənəvi sərvətini təşkil edən arxiv 6 dekabr 1920-ci ildə yaradılmışdır. Azərbaycan Arxivinin əsası həmin vaxtdan, “vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında” dekretlə qoyulmuşdur.

           Qürurla qeyd etmək lazımdır ki, 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi olmuşdur.

Azərbaycanda arxiv quruculuğu tarixi ilə BURADAN tanış ola bilərsiniz. 

 

 


Bugün: 693
Dünən: 871
Bu həftə: 1564
Son həftə: 6279
Bu Ay: 23541
Son Ay: 20754
Bu İl: 88842
Ümumi: 1109263
1109263