Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 44854 saxlama vahidi kino–foto sənəd daimi mühafizə məqsədilə Dövlət Kino–Foto Sənədləri Arxivinə təhvil verilmişdir.

         26 sahə həmkarlar ittifaqı birliyini, 18610 həmkarlar ittifaqı təşkilatını özündə birləşdirən və ümumi üzvlərinin sayı 1600000 nəfərə çatan AHİK tərəfindən təhvil verilən sənədlərin xronoloji dövrü 2007-2021-ci illəri əhatə edir. Qəbul edilmiş foto və video sənədlər AHİK–nın qurultaylarını, konfransları, İcraiyyə Komitəsinin iclaslarını, seminarları, əhalinin məşğulluğu istiqamətində görülən işləri, beynəlxalq sahədə əməkdaşlıq memorandumun  imzalanması mərasimlərini, işçilərin əmək və sosial hüquqlarının müdafiə olunması istiqamətində görülən işləri, vətəndaşlarla işi və s. əks etdirir. Sənədlər müvafiq qaydalara uyğun seçilərək təsvir olunduqdan sonra Milli arxiv fondunun tərkibinə daxil ediləcək.

 

 

 

 

 

 

 


Bugün: 577
Dünən: 671
Bu həftə: 5234
Son həftə: 4607
Bu Ay: 17776
Son Ay: 20494
Bu İl: 118598
Ümumi: 776281
776281