Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivi - 50 il

 

       Azərbaycan SSR Dövlət Elmi-Texniki və Tibbi Sənədləri Arxivi Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 24 iyul tarixli 338 nömrəli qərarı ilə yaradılmışdır. Sonradan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 11 mart tarixli, 107 nömrəli qərarı ilə bilavasitə elm və texnikaya aid sənədləri cəmləşdirmək məqsədilə arxivdə saxlanılan tibb sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə verilmiş və arxiv hal-hazırda öz fəaliyyətini Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivi olaraq davam etdirir. 

       Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəhbərliyi və kollektivi Dövlət Elm və Texnika Sənədləri Arxivinin 50 illik yubileyi münasibətilə arxivin əməkdaşlarını və bütün arxivçiləri təbrik edir. Onlara öz şərəfli və məsuliyyətli vəzifələrində uğurlar arzulayır. 

 

 


Bugün: 902
Dünən: 988
Bu həftə: 4483
Son həftə: 5867
Bu Ay: 20181
Son Ay: 20754
Bu İl: 85482
Ümumi: 1105903
1105903