Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin əməkdaşları Tatarıstan Respublikasının Kazan şəhərində təşkil edilmiş beynəlxalq elmi-praktiki konfransda iştirak etmişlər.

         Rusiya Federasiyasında dövlət arxiv xidmətinin 100 illiyi ilə bağlı 18-20 aprel 2018-ci il tarixində Tatarıstan Respublikasının Kazan şəhərində “Perqamentdən rəqəmsala doğru” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.  Konfransın əsas mövzuları rəqəmsal mühitdə arxivlərarası əlaqə, kommunikasiya;  vahid  format və informasiya təhlükəsizliyi; elektron hökümət, elektron informasiyanın idarə olunması, elektron arxiv, elektron etika və elektron təhlükəsizlik olmuşdur.  

        Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini konfransda İdarənin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov və  Beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova  təmsil etmişdi.

     Konfransa Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Hollandiya, Belarusiya , Türkiyə, Çin, Xorvatiya, Finlandiya, Polşa, Rumıniya, Qazaxıstan, Özbəkistan və digər ölkələrin nümayəndələri dəvət olunmuşdular. Tədbirin ilk günü Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun da iştirakı ilə “Tatarıstan arxivləri 100 il” adlı sərginin açılışı oldu. Bununla bərabər R. Minnixanov həmçinin konfransın açılışına qatıldı. Tədbir elektron arxivlərin qurulması sahəsində konfransın mövzusununa uyğun olaraq panel müzakirələr və məruzə ilə çıxışlarla davam etdirilmişdi. Sözügedən konfransda “Azərbaycanda elektron arxivlərin qurulması və arxivlərin elektron idarəedilməsi” mövzusunda Natiq Eminov məruzə ilə çıxış etmişdir.

 


Bugün: 648
Dünən: 773
Bu həftə: 1421
Son həftə: 4759
Bu Ay: 11252
Son Ay: 20754
Bu İl: 76553
Ümumi: 1096974
1096974