Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat-seçki yığıncağı keçirilib.

İclasda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəhbərliyi, Azərbaycan Dövlət   İdarələri və İctimai   Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin aparat rəhbəri, İdarənin struktur bölmə rəhbərləri, dövlət arxiv xidməti təşkilatlarının rəhbərləri və əməkdaşlar iştirak edirdi. 

İclası İdarənin rəisi Əsgər Rəsulov açıq elan edərək əməkdaşları 28 may Respublika günü münasibətilə təbrik etdi. Protokola uyğun olaraq seçilmiş sədri və katibi elan etdi, həmkarlara öz işlərində uğurlar arzuladı.  

        Daha sonra MAİ HİK sədrinin və Təftiş komissiyasının məruzələri dinlənildi. Məruzə ətrafında  çıxış edən natiqlər MAİ HİK-in 2017-2019-cu illər üzrə fəaliyyətini qənaətbəxş hesab etdilər. Sonra Komitə və Təşkilat Komitəsinə üzvlər müəyyənləşdi və Aqil Çingiz oğlu Məmmədov növbəti müddətə Komitəyə sədr seçildi. Sonda iclasın sədri Həsən Həsənov və RK-nın aparat rəhbəri Şaiq Əhmədov çıxış edərək yeni seçilmiş heyətə gələcək işlərində uğurlar arzuladilar.  

 


Bugün: 916
Dünən: 881
Bu həftə: 3509
Son həftə: 5867
Bu Ay: 19207
Son Ay: 20754
Bu İl: 84508
Ümumi: 1104929
1104929