Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti tərəfindən 19010 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

          2018 və 2019-cu ilin cari dövrünü əhatə edən fotosənədlər Prezident cənab İlham Əliyevin rəsmi qəbullarını, xarici ölkələrə rəsmi və işgüzar səfərlərini, yüksək səviyyədə keçirilən tədbirlərdə çıxışlarını, konfranslarda iştirakını, dövlət investisiya xətti ilə tikilən istehsalat komplekslərini, mədəniyyət və səhiyyə ocaqlarının açılışını, yol-infrastruktur obyektlərinin, sosial-təminat mərkəzlərinin istifadəyə verilməsini və digər məsələləri əks etdirir.  

            Hal-hazırda Arxivdə fotosənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir.


Bugün: 805
Dünən: 1471
Bu həftə: 13677
Son həftə: 13420
Bu Ay: 37182
Son Ay: 55392
Bu İl: 189221
Ümumi: 1883146
1883146