Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədi ilə 2016-cı ili əhatə edən foto və kino sənəd Dövlət Kino – Foto Sənədləri Arxivinə təhvil verilib.

  Azərbaycan  Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədi ilə 2016-cı ili əhatə edən 9865 saxlama vahidi foto sənəd, 1 saxlama vahidi  kino sənəd Azərbaycan Respublikası Dövlət Kino – Foto Sənədləri Arxivinə təhvil verilib.

2016 – cı ildə dövlət başçısının iş günlərini əhatə edən foto sənədlər- Prezident İlham Əliyevin xarici ölkələrə rəsmi səfərlərini, işgüzar görüşlərini, qəbullarını, beynəlxalq tədbirlərdə, forumlarda iştirakını, çıxışlarını, dövlət müstəqilliyinin 25–ci ildönümü münasibəti ilə diplomatik nümayəndəliklərin rəhbərlərinin rəsmi qəbulunu əks etdirir. Daimi saxlanılmaq məqsədi ilə qəbul olunmuş foto sənədlər eyni zamanda – Prezidentin regionlara, o cümlədən Tərtər, Bərdə, Ağdam, Masallı, Biləsuvar, Salyan rayonlarına səfərlərini, zavod və fabriklərin, yeni çəkilmiş avtomobil yollarının açılışında iştirakını, 2016–cı ilin yekunlarına həsr olunmuş dövlət tədbirində iştirakını və çıxışını, Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında və Qazax rayonunda yeni istifadəyə verilmiş “Əhəng zavodu”nun açılışında iştirakını əks etdirir.

        Tarix üçün əhəmiyyətli olan foto – kino sənədlər hal – hazırda Arxivdə Milli Arxiv Fonduna daxil edilmək üçün rəsmiləşdirilir. Hər bir sənədin ayrıca məlumat bazası yaradılır.

 

 

 


Bugün: 404
Dünən: 881
Bu həftə: 2997
Son həftə: 5867
Bu Ay: 18695
Son Ay: 20754
Bu İl: 83996
Ümumi: 1104417
1104417