Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 145 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilmişdir.

      Fotosənədlər dövlət investisiya xətti ilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunda qurulan, həmçinin yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən fabrik, zavod, sənaye zonalarını fəaliyyətini  əks etdirir. Tarix  üçün əhəmiyyət daşıyan  fotosənədlərin məzmununu   Sumqayıt Kimya Sənaye Parkları, Quba Meyvə Emalı Müəssisəsi, Ağstafa Aqrar Sənaye Kompleksi, Neftçala Avtomobil Zavodu, Mingəçevir Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Goranboy Aqro Parkı, İsmayıllı Aqrar Parkı, İsmayıllı Heyvandarlıq Kompleksi, Lənkəran İstisu Müalicə Kompleksi, Masallı Çəltik Emalı Zavodu, Qarabağ Atçılıq Kompleksi, Sabirabad Quşçuluq Fabriki, Şəmkir Aqro Parkı, Şəmkir Çörək Zavodu, SOCAR Polimer Müəssisəsi, Xızı-Külək-Elektrik Parkı, Qalaaltı  Sanatoriyası,  Naftalan Sanatoriyası, Masallı Çəltik Emalı Zavodu, Masallı Sənaye Məhəlləsi, regionlarda  açılan Asan Xidmət Mərkəzləri, Azərxalça İB-nin bölgələrdə istifadəyə verilən  filialları, otellər  kompleksi, müxtəlif təyinatlı avtomobil yolları və avtomagistrallar təşkil edir.  İstismara qəbul olunmuş komplekslərdə çalışan işçilərə  yaradılan istehsalahat şəraiti, müasir  texnoloji avadanlıqlar qəbul edilmiş sənədlərin içərisində kifayət qədər həcmə malikdir.

      Hal-hazırda Arxivdə qəbul olunmuş fotosənədlərin hər biri haqqında müfəssəl məlumat bazası hazırlanır, sənədlərin Milli Arxiv fonduna qəbulu rəsmiləşdirilir.

 

 


Bugün: 207
Dünən: 441
Bu həftə: 0
Son həftə: 2823
Bu Ay: 3316
Son Ay: 15679
Bu İl: 147485
Ümumi: 260104
260104