Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 26 saxlama vahidi foto və 9 saxlama vahidi kino sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən daimi saxlanılmaq məqsədi ilə 26 saxlama vahidi foto sənəd, 9 saxlama vahidi kino(video) sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib. Kino-Foto sənədlər Azərbaycanın sosial-iqtisadi inkişafını, o cümlədən sənayenin, qeyri-neft sektorunun, aqrar sahənin, sosial sektorun, dövlət tərəfindən sahibkarlığa dövlət dəstəyini, investisiya layihələrinin icrasını, vətəndaşların müraciətləri və baxılması vəziyyətini əks etdirir.

       Hal-hazırda Arxivə qəbul edilmiş sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa müfəssəl məlumat bazası hazırlanır.


Bugün: 1049
Dünən: 1972
Bu həftə: 8436
Son həftə: 10866
Bu Ay: 24116
Son Ay: 55339
Bu İl: 231494
Ümumi: 1925419
1925419