Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında qardaşlıq və yaxın dostluq əlaqələrini daha da inkişaf etdirmək, həmçinin arxiv işi sahəsində bir-birinin təcrübəsindən faydalanmaq, mövcud əməkdaşlığı genişləndirmək və dərinləşdirmək məqsədi ilə 3 aprel 2017-ci il tarixində Astana şəhərində “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

Bu əməkdaşlıq Sazişi tərəflərin milli arxiv fondlarını Azərbaycan və Qazaxıstan Respublikası xalqlarının tarixi və mədəniyyətinə aid məlumatı əks etdirən sənədlərlə zənginləşdirmək, arxv sənədlərindən istifadə etməklə hər iki dövlətin vətəndaşları və təşkilatlarının sorğularını icra etmək, milli qanunvericiliklərinə müvafiq olaraq dövlət arxivinin fondları, elmi-məlumat aparatının nəşr olunmuş və ya olunmamış  materialları ilə işləməsinə imkan yaratmaq, habelə qarşılıqlı maraq doğuran arxiv sənədləri nəşrlərinin mübadiləsini nəzərdə tutur. 

 

 


Bugün: 1592
Dünən: 2052
Bu həftə: 11456
Son həftə: 13160
Bu Ay: 21541
Son Ay: 55392
Bu İl: 173580
Ümumi: 1867505
1867505