Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində “Arxiv işi sahəsində elektron idarəçilik” mövzusunda yığıncaq keçirilmişdir.

    15 dekabr 2017-ci il tarixində baş tutmuş yığıncaqda İdarənin Mərkəzi aparatında çalışan dövlət qulluqçuları, Respublika Dövlət Arxivlərininin rəhbər vəzifəli şəxsləri iştirak etmişdirlər.

        Yığıncağı İdarənin rəis müavini Əsgər Rəsulov açaraq gündəlikdə duran əsas məsələlər - korrupsiyaya qarşı mübarizə və etik davranış sahəsində əldə olunan nailiyyətlər və bu istiqamətdə elektron xidmətlərin və hüquqi və fiziki şəxslərin hüquqmüəyyənedici arxiv sənədləri ilə təmin edilməsi sahəsində “Bir Pəncərə” Sisteminin rolu barəsində məlumat verdi.  Ə.Rəsulov qeyd etdi ki, “Bir Pəncərə” Sistemi vasitəsilə cari ilin 7 ayı ərzində 5600 vətəndaşa nümunəvi, şəffaf arxiv xidməti göstərilmişdir. İdarənin təqdim etdiyi elektron xidmətlər aidiyyəti qurumlar tərəfindən yoxlanılmış və yüksək qiymətləndirilmişdir.

        Daha sonra İdarənin İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov çıxış edərək “Elektron Hesabatlar Sistemi”nin (EHS) və “Elektron Sənəd Dövriyyəsi Sistemi”nin tətbiqi ilə əlaqədar həmin sistemlər haqqında məlumat vermiş və elektron xidmətlərin bundan sonra da arxiv işində daha da geniş tətbiq ediləcəyini bildirmişdir.

         Sonda cari məsələlər müzakirə edilmişdir. 

 


Bugün: 892
Dünən: 835
Bu həftə: 4169
Son həftə: 4759
Bu Ay: 14000
Son Ay: 20754
Bu İl: 79301
Ümumi: 1099722
1099722