Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində Milli Arxiv İdarəsi tədbirlərini davam etdirir.

           Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Qazax Müəllimlər Seminariyasının milli təhsil tariximizdəki yeri və rolu haqqında məqaləsi AzərTac DİA-də dərc edilmişdir. 

     Məqalədə qeyd edilir ki, Qori Müəllimlər Seminariyasının (Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin) 1879-cu ildə Qori şəhərində açılması təhsil tariximizdə xüsusi bir mərhələdir. Bu seminariya XIX əsrdə (1918-ci ilədək) müəllim kadrların hazırlanmasında mühüm işlər görüb. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürülməsi isə tarixi bir hadisəyə çevrilib. Firudin bəy Köçərlinin tarixi xidməti sayəsində Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazax şəhərində müstəqil müəllimlər seminariyası kimi fəaliyyətə başlayıb.

Məqalə ilə daha yaxından BURADAN tanış ola bilərsiniz. 


Bugün: 31
Dünən: 987
Bu həftə: 4295
Son həftə: 4759
Bu Ay: 14126
Son Ay: 20754
Bu İl: 79427
Ümumi: 1099848
1099848