Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Bakı Dövlət Universitetinin yaranması: danışır arxiv sənədləri. BDU-nun 100 illiyinə həsr olunur

Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin Çap məhsulları şöbəsinin müdiri Yeganə Cabbarlının arxiv sənədləri əsasında hazırladığı və Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş məqaləsi mətbuatda (AzVision.az) dərc edilmişdir.       

       XX əsrin əvvəllərində Azərbaycanda cəmi 5 ali məktəb fəaliyyət göstərirdi: Azərbaycan Dövlət Universiteti (1919), Ali Bədii Məktəb (1920), Ali Pedaqoji İnstitut (1921), “Əzizbəyov adına” Azərbaycan Politexnik İnstitutu (1921), Azərbaycan Dövlət Konservatoriyası (1922). Bu ali təhsil ocaqlarından 3-ü (Pedaqoji İnstitut, Konservatoriya, Ali Bədii Məktəb) xüsusi ixtisas verən müəssisələr idi. Bakı Dövlət Universiteti isə ölkədə yaradılan ilk ali təhsil müəssisəsi kimi bütün təhsil ocaqları arasında flaqman sayılırdı.

            Azərbaycanın ilk ali təhsil müəssisəsinin əsasının qoyulması tarixi maraqlı faktlarla zəngindir. Bu möhtəşəm hadisənin tarixini ən gözəl canlandıra biləcək insan isə təbii ki, yalnız onun qurucusu ola bilərdi: professor Vasiliy İvanoviç Razumovski.

            Bu böyük alimin adı tarixə şərəfli rəhbər, gözəl ənənələr yaradan ustad kimi düşüb. Fövqəladə bir qətiyyətlə bu əzəmətli işin əsasını qoyan insanı kollektiv haqlı olaraq, universitetin mənəvi atası adlandırırdı. Həqiqətən də V.İ.Razumovskinin qələmindən çıxan “Bakı şəhərində Universitetin əsasının qoyulması” adlı tarixi oçerk bu hadisə barədə ən gözəl və ən müfəssəl şəkildə yazılmış, olduqca zəngin təhlilə malik bir məqalədir. (Известия Бакинского Государственного Университета. № 2.Баку. 1922 г.)

            Lakin düşünürəm ki, o böyük hadisəyə bu günümüzdən üzü geriyə - 100 il əvvələ boylanaraq, sənədlərin şahidliyi ilə işıq salmaq bizim həm də mənəvi borcumuzdur. İlk növbədə qeyd etmək lazımdır ki, Bakı Dövlət Universiteti ölkənin həm də bu günə qədər üç fərqli dövrdə, üç fərqli tarixi şəraitdə fəaliyyət göstərməklə də tarixə düşən yeganə ali təhsil ocağıdır. Aparılan müqayisələr isə göstərir ki, onun tarixinin daha maraqlı dövrü məhz bünövrəsinə ilk daşların qoyulduğu vaxta təsadüf edir. Bu dövr həm də ona görə maraqlı idi ki, həmin vaxt Şimali Azərbaycan müstəqillik tarixi ilə şərəflənmişdi.

            Tarixə yeni-yeni qədəm qoyan gənc bir dövlətin onun özü qədər gənc olan universitetində yaranmasından cəmi üç il sonra, yəni 1922-ci ildə artıq 34 professor, 6 dosent, 2 privat-dosent fəaliyyət göstərirdi ki, onlardan 26 nəfəri Rusiya imperiyasının ayrı-ayrı təhsil müəssisələrindən dəvət edilmişdilər. Sonradan isə daha 7 professorun dəvət olunması nəticəsində heyət 41 nəfərə çatır və beləliklə, ən böyük professor heyətinə malik olmaqla, Bakı Dövlət Universiteti sovet Rusiyanın bütün digər universitetlərindən, hətta paytaxt universitetindən belə öndə olur.

 

Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz. 


Bugün: 272
Dünən: 881
Bu həftə: 2865
Son həftə: 5867
Bu Ay: 18563
Son Ay: 20754
Bu İl: 83864
Ümumi: 1104285
1104285