Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Bir sıra ərazilərdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarının icrası haqqında

“Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarının tələblərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 10/677 nömrəli tapşırığının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 2020-ci il 20 iyun tarixli, 29 ə/f nömrəli Əmrinə əsasən 21 iyun 2020-ci il tarixdən 05 iyul 2020-ci il tarixinədək Azərbaycan Respublikası Milli Arxiv İdarəsi aparatının, Azərbaycan Respublikası Dövlət arxivlərinin, Dövlət Arxivinin Bakı, Gəncə, Sumqayıt, Yevlax və Lənkəran filiallarının, Abşeron, Cəlilabad və Masallı rayon Dövlət arxivlərinin, MAİ yanında İdarə sənədlərini qaydaya salan Mərkəzin yalnız adlı siyahısı müəyyən edilmiş və əmək fəaliyyəti üçün hərəkətinin təmin edilməsi məqsədilə “icaze.e-gov.az” portalından qeydiyyatdan keçmiş işçiləri əmək fəaliyyətinə cəlb edilir.

Yuxarıda adları qeyd edilmiş qurumlar tərəfindən xüsusi karantin dövründə hərəkəti üçün icazə alınmış işçilərin növbəlilik əsasında işə cəlb olunması təmin edilir və həmin qurumların iş rejimi saat 10:00-dan 19:00-dək müəyyən olunur.


Bugün: 825
Dünən: 822
Bu həftə: 1647
Son həftə: 5867
Bu Ay: 17345
Son Ay: 20754
Bu İl: 82646
Ümumi: 1103067
1103067