Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 135 illiyi münasibətilə hazırlanmış “Üzeyir Hacıbəyov 135” adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir.

Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli, 385 nömrəli Fərmanına əsasən dahi Azərbaycan bəstəkarı, Azərbaycan milli operasının banisi, böyük musiqişünas-alim, publisist və pedaqoq Üzeyir Hacıbəyovun Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətləri nəzərə alınaraq, böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə ölkəmizdə hər il sentyabr ayının 18-də Üzeyir musiqi günü keçirilir.

18 sentyabr – Üzeyir Musiqi Günü və Üzeyir Hacıbəyovun anadan olmasının 135 illiyi münasibətilə təqdim edilən sözügedən virtual sərgi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin və Dövlət Tarix Arxivin fondlarında daimi mühafizə edilən sənədlər  əsasında hazırlanmışdır.

Sərgidə Üzeyir Hacıbəyovun həyat və fəaliyyətini özündə əks etdirən sənədlər yer almışdır.

Virtual sərgi ilə BURADAN tanış ola bilərsiniz.

 


Bugün: 277
Dünən: 881
Bu həftə: 2870
Son həftə: 5867
Bu Ay: 18568
Son Ay: 20754
Bu İl: 83869
Ümumi: 1104290
1104290