Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Ağdam filialında ekskursiya keçirilib

Filial rəhbərliyinin və əməkdaşlarının, o cümlədən  Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin bir qrup tələbəsinin iştirak etdiyi tədbir "2025-ci il Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirildi. 

Tədbirdə çıxış edən filialın direktoru Aidə Şükürova ilk milli konstitusiyamızın qəbulu, onun tarixi və Ulu öndər Heydər Əliyevin bu istiqamətdə gördüyü işlər haqqında məlumat verdi. Qeyd edildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Vətən müharibəsində həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatının nəticəsində ərazi bütövlüyümüz, 2023-cü il 19 sentyabrda keçirilmiş 23 saatlıq Antiterror tədbirləri nəticəsində isə suverenliyimiz bərpa olundu. Bildirildi ki, məhz bu tarixi hadisələrdən sonra Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi Azərbaycan Respublikasının bütün ərazilərində bərpa edildi.

Çıxış edən Laçın Rayon Dövlət Arxivinin müdiri Yasin Həsənov Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğuladı.

Daha sonra Aidə Şükürova  Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbələrinə filialın fəaliyyəti haqqında məlumat verdi. Tələbələr mühafizəxanalarda sənədlərin saxlanma şəraiti ilə yaxından tanış oldular.

 


Bugün: 1268
Dünən: 1558
Bu həftə: 7609
Son həftə: 13718
Bu Ay: 22810
Son Ay: 50507
Bu İl: 73317
Ümumi: 1767242
1767242