26 Dekabr 2025 04:48 XƏBƏRLƏR Baxış sayı : 290
Dövlət Arxivinin Göyçay filialının və Göyçay rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sənəd sərgisi Dövlət Arxivinin Göyçay filialında daimi mühafizə edilən arxiv materialları əsasında təşkil edilib. Arxiv materialları 1948-1953-cü illərdə, o cümlədən 1988-1989-cu illərdə Ermənistan SSR-in müxtəlif ərazilərindən, öz doğma torpaqlarından deportasiya edilmiş və Göyçay rayonunda məskunlaşdırılmış azərbaycanlılar haqqında qiymətli məlumatları özündə əks etdirir.
Sərgidə Dövlət Arxivi Göyçay filialının direktoru Əflatun Beydullayev və filialın əməkdaşları, o cümlədən Göyçay rayonu Heydər Əliyev Mərkəzinin rəhbəri Samirə Vəliyeva və əməkdaşları iştirak ediblər. Sərgi böyük ictimai marağa səbəb olmuş və çoxsaylı rayon sakinləri müvafiq sənədlərlə tanış olmuşdular.
Qeyd etmək lazımdır ki, SSRİ Nazirlər Sovetinin sədri İ.Stalinin bədnam “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi” haqqında 23 dekabr 1947-ci il tarixli, 4083 nömrəli qərarının icrası nəticəində yüz minlərlə azərbaycanlı öz doğma dədə-baba yurdundan zorla deportasiya edilmişdir.
1988-1989-cu illərdə geniş vüsət almış məlum hərəkatlar, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə həyata keçirilən deportasiya nəticəsində indiki Ermənistan ərazisində öz doğma torpaqlarında yaşayan yüz minlərlə azərbaycanlı da yenidən deportasiya edilmişdir.






| Bugün: | 747 |
| Dünən: | 1430 |
| Bu həftə: | 10383 |
| Son həftə: | 11350 |
| Bu Ay: | 38556 |
| Son Ay: | 48584 |
| Bu İl: | 38556 |
| Ümumi: | 1732481 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az