Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Quba filialında tələbələr üçün açıq dərs və şagirdlər üçün ekskursiya təşkil edilib

            Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş Dövlət Arxivinin Quba filialının 2023-cü il üzrə iş planına uyğun olaraq adıçəkilən filialda tələbələr və şagirdlər üçün müvafiq olaraq açıq dərslər və eksursiyalar həyata keçirilməkdədir.

            02 noyabr 2023-cü il tarixində Dövlət Arxivi Quba filialında Quba Dövlət Sosial-İqtisad kollecinin “Arxiv işi və kargüzarlığın aparılması” ixtisası üzrə 3-cü kurs tələbələrinin və həmin kollecin Arxiv müdiri Rəhilə Əhmədovanın iştirakı ilə filialda açıq dərs təşkil edilib. Dövlət Arxivi Quba filialının direktoru Şirin Müzəffərov tələbələr qarşısında çıxış edərək filial üzrə arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə məlumat verib. O filialın metodiki tabeliyində  olan Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon Dövlət Arxivləri haqqında tələbələri məlumatlandırıb.

            04 noyabr 2023-cü il tarixində isə Quba rayonunun Mirzəqışlaq kənd tam orta məktəbinin direktoru Rəna Hüseynovanın rəhbərliyi ilə bir qrup şagird və müəllim heyəti üçün filialda eksursiya həyata keçirilib. Ş. Müzəffərov onlara Azərbaycanda arxiv quruculuğu tarixindən, arxiv sənədlərinin əhəmiyyəti, filialın və rayon dövlət arxivlərinin iş prinsipləri və qaydaları haqqında ətraflı məlumat verib. Ş. Müzəffərov həmçinin filialın ümumi işi, onun təşkil edilməsi tarixi haqqında da ekskursiya iştirakçılarını məlumatlandırıb və məktəbliləri maraqlandıran bir çox sualları cavablandırıb.

            Hər iki görüşdə sənədlərin mühafizəsi şəraiti əyani olaraq tələbələrə və şagirdlərə nümayiş etdirilmişdir.

 

 


Bugün: 324
Dünən: 802
Bu həftə: 3691
Son həftə: 6279
Bu Ay: 1996
Son Ay: 23672
Bu İl: 90969
Ümumi: 1111390
1111390