Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şəki filialında tələbələrin növbəti ekskursiyası təşkil edilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Şəki filialının  2025-ci ilin İş Planına uyğun olaraq, Şəki Dövlət Regional Kollecin 3-cü kurs tələbələrinin  filiala ekskursiyası təşkil olunub.

Filialın direktoru Ehtiram Məmmədov tələbələri arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumatlandırdı. 

Daha sonra tələbələr sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış edilərək onların sualları cavablandırıldı.


Bugün: 1507
Dünən: 1290
Bu həftə: 5841
Son həftə: 9028
Bu Ay: 14869
Son Ay: 34711
Bu İl: 347626
Ümumi: 1660210
1660210