Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şirvan filialında “Xocalını unutmadıq...” adlı sənəd sərgisi təşkil edilib

Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə Dövlət Arxivinin Şirvan filialında Dövlət Kino-Foto Sənədləri Arxivində, o cümlədən filialın özündə daimi mühafizə edilən foto və kağız əsaslı sənədlər əsasında açıq havada sənəd sərgisi təşkil edilib. Sərgidə Xocalı soyqırımına aid olan fotosənədlər, Şirvan şəhərində müvəqqəti məskunlaşdırılmış Xocalıdan olan məcburi köçkünlərin siyahısı, yerli icra hakimiyyəti tərəfindən onlara göstərilmiş diqqət və qayğını özündə əks etdirən digər sənədlər yer alıb.

Sərgi yerli ictimaiyyət nümayəndələri tərəfindən maraqla qarşılanıb. Daha sonra Dövlət Arxivinin Şirvan filialın kollektivi Şirvan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.



Bugün: 211
Dünən: 1545
Bu həftə: 3434
Son həftə: 14312
Bu Ay: 41251
Son Ay: 55392
Bu İl: 193290
Ümumi: 1887215
1887215