Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət İmtahan Mərkəzi və İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə Asiya-Sakit Okean Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi və məxfilik” mövzusunda milli təlim keçirilmişdir.

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi və İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə Asiya-Sakit Okean Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə 4-5 oktyabr tarixlərində “İnformasiya təhlükəsizliyi və məxfilik” mövzusunda milli təlim keçirilmişdir. Qeyd edilən tədbirdə Milli Arxiv İdarəsinin Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva iştirak etmişdir. Təlimdə informasiya təhlükəsizliyi siyasətinin əhəmiyyəti, yaradılması və həyata keçirilməsinə dair tələblər, digər ölkələrdə beynəlxalq informasiya təhlükəsizliyi təşkilatları tərəfindən müəyyən edilən informasiya təhlükəsizliyi və məxfiliyin qorunması standartları barədə məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır.

Təlimin sonunda iştirakçılara Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və APCİCT/ESCAP-ın direktoru Kiyounq Ko tərəfindən sertifikatlar təqdim edilmişdir.


Bugün: 523
Dünən: 1678
Bu həftə: 2201
Son həftə: 14312
Bu Ay: 40018
Son Ay: 55392
Bu İl: 192057
Ümumi: 1885982
1885982