Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Səs Yazıları Arxivi tərəfindən "Heydər Əliyev: Zamanın fövqündə dayanan Ulu Öndər" adlı videoxülasə hazırlanıb

Ulu Öndər Heydər Əliyevin siyasi və ictimai fəaliyyətinə həsr olunmuş bu videoxülasə onun Azərbaycan SSR-də, o cümlədən müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu, ərazi bütövlüyünün qorunması, müdafiə qabiliyyətinin artırılması, iqtisadiyyatın möhkəmləndirilməsi, mədəni inkişaf, Azərbaycan dilinin, adət və ənənələrinin qorunması, gələcək nəsillərə çatdırılması və digər önəmli istiqamətlərdə görüdüyü titanik əməyini əks etdirməklə yanaşı, Heydər Əliyev irsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Videoxülasə Heydər Əliyevin anadan olmasının 100 illiyi, o cümlədən 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci il 22 sentyabr tarixli Sərəncamından irəli gələrək hazırlanmışdır. Videoxülasəyə daxil edilmiş arxiv materialları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivində mühafizə edilir. Adıçəkilən arxiv tərəfindən hazırlanmış videoxülasə 2 hissədən ibarətdir.

Adıçəkilən videoxülasə ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

"Heydər Əliyev: Zamanın fövqündə dayanan Ulu Öndər" (1-ci hissə)

"Heydər Əliyev: Zamanın fövqündə dayanan Ulu Öndər"  (2-ci hissə)

 

 

 


Bugün: 433
Dünən: 802
Bu həftə: 3800
Son həftə: 6279
Bu Ay: 2105
Son Ay: 23672
Bu İl: 91078
Ümumi: 1111499
1111499