Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Səs Yazıları Arxivində xanəndə, şair Ağakərim Nafiz Şirvani ilə görüş keçirilmişdir...

          Ustad xanəndənin arxivçilərlə görüşü zamanı onun daha öncə Dövlət Səs Yazıları Arxivinə  şəxsən təqdim etdiyi sənədlərdən,  həmçinin şəxsi kolleksiyasında qoruyub saxladığı qiymətli qrammofon vallarından söhbət açılmışdır.

     Qeyd etmək lazımdır ki, 1989-cu ildə Ağdamda keçirilən “Xarı bülbül” muğam müsabiqəsinin qalibi olan Ağakərim Nafizin təqdim etdiyi maraqlı sənədlər sırasında xanəndənin 2001-ci ildə Fransada lentə alınmış ifası  zamanı  onu Azərbaycanın xalq artistləri tarzən Malik Mansurov və nağara ifaçısı  Natiq Şirinovla yanaşı, udda fransalı Mark Lopuytun  müşayiət etməsini əks etdirən sənədlər mövcuddur.

         Görüşdə Ağakərim  Nafizin  ədəbi  və musiqi  yaradıcılığının  yaxından izləyicisi,  onun əsərlərini toplayan, həmçinin şairin  “DİVAN”ının tərtibatçısı və naşiri Turan İbrahimov öz çıxışında ustad xanəndənin yaradıcılığı ilə yanaşı, anası yazıçı Əzizə Cəfərzadənin yaradıcılığı və son illərdə nəşr edilmiş kitabları haqqında  da məlumat vermişdir.

          Görüşdə Milli Arxiv İdarəsinin Sənədlərin nəşri  və istifadəsi  şöbəsinin  baş məsləhətçiləri Rafiq Səfərov, Gülnar Məlikova, Dövlət Səs Yazıları Arxivinin direktoru Xalidə Fərəcullayeva və arxivin kollektivi iştirak etmişdirlər. 

 


Bugün: 244
Dünən: 753
Bu həftə: 4364
Son həftə: 6279
Bu Ay: 2669
Son Ay: 23672
Bu İl: 91642
Ümumi: 1112063
1112063