Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə filialında DOST İş mərkəzi xətti ilə işə qəbul edilmiş əməkdaşlarla görüş keçirilmişdir

05 avqust 2022-ci il tarixində Dövlət Arxivinin Gəncə filialında filialın elmi-metodiki tabeliyində olan rayon (şəhər) dövlət arxivlərinə DOST İş Mərkəzininin xətti ilə  işə qəbul edilmiş  əməkdaşlarla görüş keçirilmişdir. Görüşdə filialın direktoru E. Süleymanova işə yeni qəbul olunmuş  əməkdaşlara arxiv işi sahəsində qanunvericilik aktları, arxiv sənədlərinin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və s. haqqında qısa məlumat vermiş, suallar cavablandırılmışdır.   

           Xatırladırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin Milli Arxiv İdarəsi ilə əməkdaşlığı çərçivəsində Mərkəz tərəfindən respublikamızın rayon (şəhər) dövlət arxivlərində işçi qüvvəsinə olan təlabat nəzərə alınaraq, habelə bölgələrdə məşğulluğa dəstək məqsədilə 100 nəfər müvafiq sahədə işlərə cəlb olunmuşdur. İşə cəlb edilən şəxslər dövlət arxivlərində əmək müqaviləsi əsasında arxiv işi sahəsində müvafiq vəzifələri icra edirlər.

 


Bugün: 926
Dünən: 1037
Bu həftə: 2824
Son həftə: 6131
Bu Ay: 24499
Son Ay: 22362
Bu İl: 226687
Ümumi: 884370
884370