19 Oktyabr 2018 08:44 XƏBƏRLƏR Baxış sayı : 2129
19 oktyabr 2018-ci il tarixində baş tutmuş yığıncaqda Astara, Lerik, Masallı, Yardımlı rayon dövlət arxivlərinin müdirləri və filialın əməkdaşları iştirak etmişlər. Dövlət Arxivi Lənkəran filialının direktoru Rəfail Rzayev oktyabrın 5-də Milli Arxiv İdarəsində keçirilmiş müşavirədə qaldırılan məsələlərlə əlaqədar iştirakçılara məlumat vermiş və qarşıya qoyulmuş tapşırıqlarla onları tanış etmişdir.
Yığıncağda həmçinin 2018-ci ilin doqquz ayının yekunu və 2019-cu il üçün iş planları müzakirə olunmuşdur.
Yığıncağın sonunda Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, “Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) Təhsil siyasəti” kitabları rayon dövlət arxivlərinin müdirlərinə təqdim edilmişdir.
Bugün: | 959 |
Dünən: | 988 |
Bu həftə: | 4540 |
Son həftə: | 5867 |
Bu Ay: | 20238 |
Son Ay: | 20754 |
Bu İl: | 85539 |
Ümumi: | 1105960 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az