Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şəki filialına şagirdlərin ekskursiyası təşkil olunmuşdur

 

         Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Şəki filialının 2021-ci ilin İş planına uyğun olaraq  filialın və Şəki şəhər 11, 20 saylı tam orta məktəblərinin, və Qaradağlı kənd orta məktəbinin yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil  olunmuşdur.

       Ekskursiyada ARDA Şəki filialının  direktoru Ehtiram Məmmədov şagirdlər  qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri o cümlədən  filialın əhatə etdiyi  Zaqatala, Oğuz, Balakən və Qax rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi,  rəqəmsallaşdırılması və  elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.

       Daha sonra şagirdlər  arxivdə sənədlərin mühafizə şəraiti ilə  əyani tanış edilmiş, onları maraqlandıran sualları cavablandırılmışdır.

 

 

 


Bugün: 466
Dünən: 859
Bu həftə: 3373
Son həftə: 4358
Bu Ay: 19503
Son Ay: 22161
Bu İl: 64050
Ümumi: 1084471
1084471