Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şəmkir filialına məktəblilərin ekskursiyası təşkil olunmuşdur

          Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Şəmkir filialının 2021-ci ilin İş planına uyğun olaraq  filialın və Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin  birgə  təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil  olunmuşdur.

       Adıçəkilən məktəbin müəllimi Dürdanə Ələkbərovanın rəhbərliyi ilə təşkil olunmuş ekskursiyada ARDA Şəmkir filialının  direktoru Elşən Quliyev şagirdlər qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri o cümlədən  filialın əhatə etdiyi  Qazax, Tovuz, Ağstafa və Gədəbəy, rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi,  rəqəmsallaşdırılması və  elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.

            Daha sonra şagirdlər  arxivdə sənədlərin mühafizə şəraiti ilə  əyani tanış edilmiş, onları maraqlandıran sualları cavablandırılmışdır.

 

 

 


Bugün: 715
Dünən: 890
Bu həftə: 2427
Son həftə: 5867
Bu Ay: 18125
Son Ay: 20754
Bu İl: 83426
Ümumi: 1103847
1103847