Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şirvan filialında DOST İş Mərkəzi xətti ilə işə qəbul edilmiş əməkdaşlarla görüş keçirilmişdir.

29 avqust 2022-ci il tarixdə Dövlət Arxivinin Şirvan filialında filialın elmi metodiki tabeliyində olan rayon dövlət arxivlərinə  DOST İş Mərkəzi xətti ilə işə qəbul edilmiş əməkdaşlarla görüş keçirilmişdir.

Görüşdə filialın direktoru vəzifəsini müvəqqəti icra edən Nəsibə Məmmədova  işə yeni qəbul olunmuş  əməkdaşlara arxiv işi sahəsində qanunvericilik aktları, arxiv sənədlərinin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və s. haqqında qısa məlumat vermiş, suallar cavablandırılmışdır.   

           Xatırladırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin Milli Arxiv İdarəsi ilə əməkdaşlığı çərçivəsində Mərkəz tərəfindən respublikamızın rayon (şəhər) dövlət arxivlərində işçi qüvvəsinə olan təlabat nəzərə alınaraq, habelə bölgələrdə məşğulluğa dəstək məqsədilə 100 nəfər müvafiq sahədə işlərə cəlb olunmuşdur. İşə cəlb edilən şəxslər dövlət arxivlərində əmək müqaviləsi əsasında arxiv işi sahəsində müvafiq vəzifələri icra edirlər.

                                                       

                                          

 


Bugün: 952
Dünən: 881
Bu həftə: 3545
Son həftə: 5867
Bu Ay: 19243
Son Ay: 20754
Bu İl: 84544
Ümumi: 1104965
1104965