Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şirvan filialında Təhsil İnstitutunun elmi katibi, Azərbaycan Jurnalistlər və Yazıçılar birliyinin üzvü professor Akif Nurağa oğlu Abbasovla görüş keçirilmişdir.

 

     Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilatçılığı ilə ölkəmizin görkəmli ictimai-siyasi, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlərin, onların sənədlərinin şəxsi mənşəli fond olaraq dövlət mühafizəsinə qəbulu işinin davamı olaraq Dövlət Arxivinin Şirvan filialında Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi və institutun orqanı olan “Elmi əsərlər”in baş redaktoru, Bakı Qızlar Universitetinin “Elmi əsərlər”inin baş redaktor müavini, Azərbaycan Jurnalistlər və Yazıçılar birliyinin üzvü professor Akif Nurağa oğlu Abbasovla  görüş keçirilib.

         Görüşdə Akif Abbasov ilə yanaşı  Şirvan şəhər  “İşıq” qəzetinin baş redaktoru,  Ağsaqqallar şurasının sədri Faxrəddin Rəhimov da iştirak edib. Tədbir Dövlət Arxivinin Şirvan filialının direktor vəzifəsini müvəqqəti icra edən Nəsibə Məmmədova şəxsi mənşəli fondlar və sənədlərin dövlət mühafizəsinə verilməsinin əhəmiyyəti  haqqında danışıb. 

       O, Akif Abbasovun  5 romanın, 3 povestin, 2 pyesin və bir çox hekayə kitablarının, eləcə də “İngiliscə-azərbaycanca pedoqoji-psixoloji lüğət ” və “Azərbaycanca-ingiliscə pedoqoji –psixoloji terminlər lüğəti”nin müəllifi olduğunu qeyd edib.

       Çıxışının sonunda Elmi və bədii yaradıcılığına aid sənədlərini Şirvan filialına təqdim etdiyi üçün dəyərli professora kollektiv adından təşəkkürünü bildirib və portret xalçasını xatirə hədiyyəsi olaraq Dövlət Arxivinin Şirvan filialına hədiyyə edən Akif Abbasova təşəkkür edib.

               

 


Bugün: 1044
Dünən: 1440
Bu həftə: 1044
Son həftə: 14312
Bu Ay: 38861
Son Ay: 55392
Bu İl: 190900
Ümumi: 1884825
1884825