Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin aparıcı arxeoqrafı X. Qədirovanın "Türkologiya elminin korifeyi" sərlövhəli məqaləsi mətbuatda dərc edilmişdir.

    Böyük azərbaycanşünas alim, tənqidçi, ədəbiyyatşünas, professor Mirəli Mirələkbər oğlu Seyidov Azərbaycan ədəbiyyatına və tarixinə böyük uğurlar qazandırmış, yaradıcılığı və elmi fəaliyyəti ilə milli ruhumuza yeni nəfəs gətirmiş görkəmli şəxsiyyətlərdəndir. Onun ədəbi əlaqələrə dair yaradıcılığı, türkdilli qəbilələr barədə məqalələri və mifologiyaya aid fikirləri milli təfəkkürümüzün zənginləşməsində, azərbaycançılıq dünyagörüşünün təbliğində əvəzsizdir. O, Azərbaycanda mifologiya məktəbinin əsasını qoymuş və inkişaf etdirmiş, ilk dəfə xalqımızın etnogenezini tanıtdırmışdır. Alimin azərbaycanşünaslığın ədəbi-nəzəri problemləri, ümumtürk mifologiyasının qaynaqlarının müəyyənləşdirilməsi və təhlili sahəsində elmi araşdırmaları xalqımızın soykökünün öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

          1918-ci il may ayının 5-də Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olan Mirəli Seyidov burada ibtidai məktəbi, sonra Bakıda Hidromeliorasiya texnikumunu bitirmişdi. Ali təhsilini Yerevan Pedoqoji İnstitutunun Azərbaycan bölməsində və Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində alan Mirəli Seyidov təhsilini başa vuran kimi Bakıya gəlmiş, Ədəbiyyat Muzeyində şöbə müdiri, sonralar Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. 

 

 

         Məqalənin tam mətni ilə BURADAN (səh. 7) və ya Əməkdaşlarımızın Arxiv Araşdırmalarından tanış ola bilərsiniz 

 

 


Bugün: 663
Dünən: 822
Bu həftə: 1485
Son həftə: 5867
Bu Ay: 17183
Son Ay: 20754
Bu İl: 82484
Ümumi: 1102905
1102905