Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri Cavid Məmmədlinin görkəmli incəsənət xadimi İsmayıl Dağıstanlı haqqında sənədlər əsasında hazırladığı məqalə işıq üzü görmüşdür.

 

İsmayıl Yusif oğlu Hacıyev 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində muzdur ailəsində anadan olmuşdur. Uşaqlıq illərini bu səfalı kənddə keçirən İsmayılı atası aqronom olaraq görmək istəyirdi. Ancaq uşaqlıqdan artistliyə meyli və qabiliyyəti onu addım-addım öz istəyinə aparırdı.Onun aktyor yaradıcılığının ilk səhifələri Şəki ipək fabrikinin fəhlə dram dərnəyi ilə bağlı olmuşdur. Bakı Teatr Texnikumunda oxuduğu illərdə (1926-1930) gənc aktyora Moskva və Leninqraddan dəvət olunmuş teatr mütəxəssisləri ilə yanaşı görkəmli dramaturq və pedaqoq Əbdürrəhim bəy Haqverdiyevdə azərbaycan dili və bədii qiraət fənlərindən dərs demişdir. Elə “Dağıstanlı” adını da ona görkəmli ədib vermişdi.Gənc İsmayıl təqaüdsüz oxuduğu üçünçox məşəqqətli günlər görmüşdü.Belə ki, dərsdən sonra dəmiryolunda yük daşıyaraq gündəlik xərcini çıxarır, gecələr isə “Təzə pir” məscidinin həyətində yatmalı olurdu. Lakin möhkəm iradə sahibi olangənc aktyor gələcəyə ümid ilə baxır, öz üzərində daim işləyirdi. Artıq İsmayıl Dağıstanlı birinci kursun sonundan Azərbaycan Dövlət Dram Teartında oynanılan tamaşalarda epizodik rollarda çıxış edirdi. Bu iş ona görkəmli sənətkarlarla tanışlığa çox böyük imkanlar yaradırdı.Texnikumu bitirdikdən sonra Dövlət Dram Teatrının səhnəsində ilk rolu Konstantin Trenyovun “Düşmənlər” (“Lübov Yarovaya”) dramında Koşkin obrazı olur. Bundan sonra gənc aktyora bir çox tamaşalarda məsul rollar tapşırılır.

Məqalə ilə daha yaxından saytımızın "Əməkdaşlarımızın arxiv araşdırmaları" bölməsindən tanış ola bilərsiniz. 


Bugün: 722
Dünən: 802
Bu həftə: 1524
Son həftə: 5450
Bu Ay: 22233
Son Ay: 24327
Bu İl: 163211
Ümumi: 590140
590140