Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanan “Nəsimi Dövlət Səs Yazıları Arxivinin fono və video sənədlərində” adlı sənədli film istifadəçilərin ixtiyarına verilmişdir.

             Sözügedən sənədli filmdə dahi şair, mütəfəkkir İmadəddin Nəsimin əsərlərinə bəstələnmiş və görkəmli sənətkarlar  - Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Ağaxan Abdullayev və digərləri  tərəfindən ifa edilmiş musiqilər, muğamlar, Fikrət Əmirovun Nəsimiyə həsr etdiyi xoreoqrafik əsərlər, həmçinin İmadəddin Nəsimin 600 illik yubileyi ilə bağlı təşkil edilən tədbirlərdə, elmi-sessiyalarda Mir Cəlal Paşayevin, Mirzə İbrahimovun, Əli Fəhminin, Firudin Ələkbərovun çıxışlarından fraqmentlər yer almışdır.   

            “Nəsimi Dövlət Səs Yazıları Arxivinin fono və video sənədlərində” adlı sənədli film Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamının icrası məqsədilə Milli Arxiv İdarəsi tərəfindən tərtib edilmiş tədbirlər planına uyğun olaraq hazırlanmışdır. 

              Filmlə daha yaxından Milli Arxiv İdarəsinin rəsmi YouTube, Facebook və ya Twitter səhiflərindən tanış ola bilərsiniz. 

             

YouTube kanalında:  https://www.youtube.com/watch?v=u9Eg8mz_ApA

Facebook:      https://www.facebook.com/milliarxiv/videos/500698110562948/

 

 

 


Bugün: 846
Dünən: 890
Bu həftə: 2558
Son həftə: 5867
Bu Ay: 18256
Son Ay: 20754
Bu İl: 83557
Ümumi: 1103978
1103978