Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış "Qarabağa gedən yol silsiləsindən... Füzuli rayonu" adlı videoxülasə-toplu istifadəçilərin ixtiyarına verilmişdir

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış silsilə xarakterli videoxülasə-toplu Qarabağ iqtisadi rayonunun Füzuli rayonuna həsr edilmişdir. Burada Füzuli rayonunun işğaldan öncə mədəni həyatı, işğal dövrü və işğaldan azad olunduqdan sonra görüntüləri yer almaqla bərabər bu qədim yaşayış məskəninin Xalqımza bəxş etdiyi sənətkarlar, mədəniyyət xadimləri, onların fəaliyyəti haqqında geniş məlumat verilir. Təqdim edilən media resurs adıçəkilən arxivdə daimi mühafizə edilən fono və videosənədlər əsasında hazırlanmışdır.

Adıçəkilən videoxülasə-toplu ilə İdarənin rəsmi YouTube kanalından tanış ola bilərsiniz. 


Bugün: 1498
Dünən: 1440
Bu həftə: 1498
Son həftə: 14312
Bu Ay: 39315
Son Ay: 55392
Bu İl: 191354
Ümumi: 1885279
1885279