Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Səs Yazıları Arxivi tərəfindən Xalq artisti Əliağa Ağayevin həyat və fəaliyyətinə həsr edilmiş videoxülasə hazırlanmışdır

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış videoxülasədə görkəmli səhnə ustası, Azərbaycanın Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Əliağa Ağayevin həyat və yaradıcılığına aid olan və sözügedən arxivin fondlarında mühafizə edilən bir sıra fono və video sənədlərdən istifadə olunmuş, görkəmli sənətkarın müsahibələrinə, sənət dostlarının onun haqqında xatirələrinə və s. yer verilmişdir.

Sözügedən videoxülasə ilə BURADAN və ya  Milli Arxiv İdarəsinin rəsmi YouTube səhifəsindən tanış ola bilərsiniz.

 

 

 


Bugün: 639
Dünən: 988
Bu həftə: 4220
Son həftə: 5867
Bu Ay: 19918
Son Ay: 20754
Bu İl: 85219
Ümumi: 1105640
1105640